Qaçırdığı avtomobillə birgə tutuldu

Qaçırdığı avtomobillə birgə tutuldu
  11 Sentyabr 2020    Oxunub:2435
Ucar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini V.Məmmədov sentyabrın 10-da “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini E.Əliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti