“Qırmızı kitab”a düşən quşları ovlayanlar saxlanıldı

   “Qırmızı kitab”a düşən quşları ovlayanlar saxlanıldı
  12 Sentyabr 2020    Oxunub:2657
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Mahmudçala adlanan ərazisində qanunsuz ov edən rayonun Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin şəxslərdən 1-nin müvafiq sənədləri olmayan ümumilikdə 2 ədəd “İj” markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 ədəd qanunsuz olaraq ovladıqları çöl quşu aşkar edilərək götürülüb.

Ovlanan həmin quşlardan 3-nün adı “Qırmızı kitab”a düşmüş Sultan toyuğu olduğu müəyyən edilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti