Ölkəyə qanunsuz telefon gətirmək cəhdi alınmadı

Ölkəyə qanunsuz telefon gətirmək cəhdi alınmadı
  12 Sentyabr 2020    Oxunub:2508
Baş Gömrük İdarəsinin əməkdaşları "Qırmızı Körpü" gömrük postunda telefonların qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıb.
Bu barədə Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundakı soyuducuda yerləşdirilən yağ qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 10 ədəd "İphone 11" markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Telefon  





Xəbər lenti