Bakıda evdən 28 minlik oğurluq edilib

Bakıda evdən 28 minlik oğurluq edilib
  12 Sentyabr 2020    Oxunub:3063
Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat, 4500 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti