Qubada itən 4 yaşlı uşağı polis tapdı

Qubada itən 4 yaşlı uşağı polis tapdı
  12 Sentyabr 2020    Oxunub:3176
Quba rayon ərazisində azyaşlı oğlanın tək dolaşması həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşlarının diqqətini cəlb edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları dərhal uşağa yaxınlaşaraq onun səhvən bura gəlməsini və evlərini tapa bilməməsini müəyyən ediblər. Daha sonra azyaşlı Quba RPŞ-nə gətirilərək onun ailəsinin axtarışına başlanılıb.

Qısa müddət ərzində uşağın Qusar rayon sakini 2016-cı il təvəllüdlü A.Q. olduğu müəyyənləşdirilib və həmin azyaşlının valideynləri tapılaraq onlara təhvil verilib.

Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN və Quba RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər: DİN   quba  





Xəbər lenti