Narkotiklə tutuldu, evindən silah çıxdı

Narkotiklə tutuldu, evindən silah çıxdı
  12 Sentyabr 2020    Oxunub:3223
Bakıda narkotik vasitə ilə tutulan şəxsin evindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan İ. İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evin həyətindəki qarajdan “Makarov” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DIN   Narkotik  





Xəbər lenti