Qaçırdıqları maşını hissələrə söküb yandırdılar

Qaçırdıqları maşını hissələrə söküb yandırdılar
  12 Sentyabr 2020    Oxunub:3153
Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində R.Mənsumova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.

Araşdırmalar zamanı onların avtomobilin hissələrini sökmələri və avtomobili yandırmaları müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti