Bakıda axtarışda olan şəxs tapıldı

Bakıda axtarışda olan şəxs tapıldı
  14 Sentyabr 2020    Oxunub:2335
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 9 nəfərin çantalarından və ciblərindən mobil telefonlar oğurlaması da müəyyən edilib.

Azvision.az





Teqlər: DİN  





Xəbər lenti