Metroda sosial məsafəyə ciddi nəzarət edilir

Metroda sosial məsafəyə ciddi nəzarət edilir
  14 Sentyabr 2020    Oxunub:2753
Hazırda metro stansiyalarında sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilir.
Azvision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sosial məsafənin gözlənilməsi prosesi yüksək səviyyədə aparılır: "Sərnişin sıxlığı günün müəyyən saatlarına görə dəyişir. Sərnişinlər stansiyalara daxil olarkən sosial məsafənin qorunmasına, tibbi maskaların burnun üzərini tutacaq şəkildə taxılmasına diqqət etməlidirlər. Bizim əməkdaşlar da qaydalara əməl olunmasına nəzarət edirlər. Belə olan halda metroda hər hansı problemin yaşanmayacağına ümid edirik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar   Sosial   Məsafə  





Xəbər lenti