Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü
  14 Sentyabr 2020    Oxunub:2629
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaxadəllək kənd sakini əvvəllər məhkum olunmuş R.Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 50 çətənə kolu və 1 kiloqram 941 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla əlaqədar təhqiqat aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti