Sumqayıt sakini evdə halsız vəziyyətdə tapıldı

Sumqayıt sakini evdə halsız vəziyyətdə tapıldı
  15 Sentyabr 2020    Oxunub:1632
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti