Qanunsuz ov edən 5 nəfər cərimələndi

Qanunsuz ov edən 5 nəfər cərimələndi
  15 Sentyabr 2020    Oxunub:2196
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Azvision.az -a verilən məlumata görə, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.

Azvision.az


Teqlər: ETSN   Ov  





Xəbər lenti