Maşınla vurulan qadın piyada öldü

Maşınla vurulan qadın piyada öldü
  15 Sentyabr 2020    Oxunub:2739
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 14-ü saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini R.Həmidli idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçən paytaxt sakini Svetlana Paşayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti