Köməksiz qalan azyaşlılar xilas olundu

Köməksiz qalan azyaşlılar xilas olundu
  15 Sentyabr 2020    Oxunub:3556
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Bakı şəhərinin Xətai rayonunda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Xilasetmə   Azyaşlı  





Xəbər lenti