Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayonunun Bayan kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Cabbarovun evinin həyətindən 1 kiloqram 600 qram marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun Calut kəndində kultivasiya yolu ilə yetişdirdiyi 278 ədəd çətənə kolu da aşkarlanaraq götürülüb. Faktla əlaqədar təhqiqat aparılır.
Azvision.az