Oğuzda 3 tondan artıq çətənə məhv edildi

  16 Sentyabr 2020    Oxunub : 1791
Oğuzda 3 tondan artıq çətənə məhv edildi
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2550 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğuz   Narkotik