Masallıda sexdə yanğın olub

Masallıda sexdə yanğın olub
  17 Sentyabr 2020    Oxunub:1940
Masallı rayonunun Əhmədli kəndində ümumi sahəsi 80 m² olan qaynaqçı sexinin yanar konstruksiyaları 4 m² sahədə, içərisində hər birinin tutumu 2 litr olan 30 qutu boya və avadanlıqlar (qaynaq aparatı, kompressor və s.) yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Masallı   Yanğın   FHN  





Xəbər lenti