Gömrükdən gizlədilən 7 min siqaret aşkarlandı

Gömrükdən gizlədilən 7 min siqaret aşkarlandı
  17 Sentyabr 2020    Oxunub:1838
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Qurumun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz", "Volvo", "Scania" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb. Faktlarla bağlı araşdırmalar aparılır.


Azvision.az



Teqlər: DGK  





Xəbər lenti