Piyadanı vuraraq qaçan sürücü tapıldı

Piyadanı vuraraq qaçan sürücü tapıldı
  17 Sentyabr 2020    Oxunub:1980
Sentyabrın 15-i saat 21 radələrində Şabran rayonunun Ağbaş kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz rayon sakini Etibar Kərimov olması müəyyən edilib.

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü Ağdam rayon sakini K.İsgəndərov saxlanılıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti