Bakı sakinindən qumbaralar götürüldü

Bakı sakinindən qumbaralar götürüldü
  17 Sentyabr 2020    Oxunub:3001
Paytaxt sakininin yaşadığı evin həyətindən qumbara və patron götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, qumbara saxladığına görə tutulan E.Əliyevin ətrafında Binəqədi Rayon Polis Şöbəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Mehdiabad qəsəbəsindəki evinin həyətindən əlavə 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 9 ədəd 5,45 çaplı patrona aid gilizlər aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti