İki rayondan çox sayda qoyun oğurladılar
Araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərin həyətindən 33 baş qoyun-quzu oğurladıqları məlum olub. Həmçinin Zərdab RPŞ-də dəstə üzvü Şamil Əlibəşirovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Qəbələ rayonu Topbağ kəndində daha bir nəfərin həyətindən əlavə 43 baş qoyun oğurladığı da sübuta yetirilib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azvision.az