Gəncədə maşın iki piyadanı vurdu

Gəncədə maşın iki piyadanı vurdu
  17 Sentyabr 2020    Oxunub:3017
Daxili İşlər Nazirliyi Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, yol kənarında dayanmış şəhər sakinləri Bəxtiyar Bağırov və Q.Qurbanov Elçin Kərimlinin idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə B.Bağırov aldığı xəsarətlərdən hadisə yerində ölüb, Q.Qurbanov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti