Qəzalı vəziyyətə düşən “Qızılqum”dan FOTOREPORTAJ

 Qəzalı vəziyyətə düşən “Qızılqum”dan    FOTOREPORTAJ
  18 Sentyabr 2020    Oxunub:10445
Bakının Pirşağı qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının binası qəzalı vəziyyətə düşüb.
Azvision.az xəbər verir ki, bir neçə gün əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri tərəfindən binaya baxış keçirilib.

Məcburi köçkünlərə binanı tərk etmək tövsiyə olunub. FHN məcburi köçkünlərin gecələməsi üçün ərazidə çadırlar, səhra mətbəxi və yeməkxana qurub. Ərazi işıqlandırılması üçün “Azərişıq” ASC tərəfindən transformatorla təmin edilib.

Hazırda binada müvəqqəti məskunlaşmış 98 məcburi köçkün ailəsinin kirayə mənzillərə köçürülməsi üçün Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür.

Dövlət Komitəsi həmin ailələri məcburi köçkünlər üçün Bakı şəhərinin Sabunçu rayonu ərazisində tikilən, gələn ilin əvvəllərində istifadəyə veriləcək yeni yaşayış kompleksində yerləşdirməyi nəzərdə tutub.



























Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Qızılqum   Sanatoriya  





Xəbər lenti