Aktiv xəstə sayı 1898 nəfərdir

  18 Sentyabr 2020    Oxunub : 2592
 Aktiv xəstə sayı 1898 nəfərdir
Azərbaycanda bu günədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib. Aktiv xəstə sayı 1898 nəfərdir.

Azvision.az

Teqlər: Koronavirus   Sağalan