Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi

Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi
  18 Sentyabr 2020    Oxunub:2832
08 iyun 2020-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Aygün Şixkərimovaya çoxsaylı bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Sumqayıt şəhər prokurorluğundan Azvision.az -a bildirilib ki, istintaqla zərərçəkmişin əri Teymur Şixkərimovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aygün Şixkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Prokurorluq   Məhkəmə  





Xəbər lenti