Sabah yağış yağacaq

   Sabah yağış yağacaq
  20 Sentyabr 2020    Oxunub:5081
Azərbaycanda sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Paytaxtda bayram günü gözlənilən hava - PROQNOZ

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz 15-18 dərəcə isti olacaq.

Azvision.az


Teqlər: Hava   Yağış  





Xəbər lenti