Polis 2 ton çətənə kolunu məhv etdi

Polis 2 ton çətənə kolunu məhv etdi
  21 Sentyabr 2020    Oxunub:2714
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fıstıqlı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, ümumi çəkisi 2 ton olan 9 090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: Narkotik   Çətənə  





Xəbər lenti