Tanışını güllələmək istədi, özü bıçaqlandı - FOTO

Tanışını güllələmək istədi, özü bıçaqlandı -  FOTO
  21 Sentyabr 2020    Oxunub:3947
Sentyabrın 19-da Xızı Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində "BORAWING" markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb.



Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.




Azvision.az



Teqlər: DİN   Bıçaq  





Xəbər lenti