Bakıda ağır qəza, ölən var

Bakıda ağır qəza, ölən var
  21 Sentyabr 2020    Oxunub:2569
Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 19-da saat 20 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini C.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun ortasında dayanan paytaxt sakini Əhməd Əhmədovu və ona məxsus nasaz vəziyyətdə dayanan “KİA” markalı avtomobili vurub.

Nəticədə Ə.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti