Qaçırdığı maşınla birgə saxlanıldı

  21 Sentyabr 2020    Oxunub : 2709
Qaçırdığı maşınla birgə saxlanıldı
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini P.Quliyev sentyabrın 20-də saat 4 radələrində rayon ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilov avtomobillə birgə Yasamal rayonu ərazisində saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun C.Musayevə məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN