Vətəndaş prokurorluq orqanlarına təşəkkür etdi - VİDEO

Vətəndaş prokurorluq orqanlarına təşəkkür etdi -  VİDEO
  21 Sentyabr 2020    Oxunub:3841
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Sirr deyil ki, Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunan çoxsaylı vətəndaşlar öz məmnunluqlarını ifadə edirlər. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videolar hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Təqdim olunan videomüraciətdə isə pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair Xətai Rayon Prokurorluğuna müraciət edən vətəndaş prokurorluq tərəfindən görülən işlərlə bağlı məmnunluğunu ifadə edib.

Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz. Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir", - deyə məlumatda qeyd olunub.



Azvision.az


Teqlər: Prokurorluq   Vətəndaş  





Xəbər lenti