Lənkəranda narkotik alverçisi saxlanıldı

Lənkəranda narkotik alverçisi saxlanıldı
  21 Sentyabr 2020    Oxunub:3178
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 kiloqram 715 qram marixuana götürülüb. Faktla bağlı təhqiqat aparılır.

Azvision.az


Teqlər: DIN   Narkotik  





Xəbər lenti