Bu kənddə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldı

Bu kənddə 8 müəllim koronavirusa yoluxdu,  tədris dayandırıldı
  22 Sentyabr 2020    Oxunub:7172
Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair məlumat yayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Azvision.az


Teqlər: Məktəb   Müəllim   Koronavirus  





Xəbər lenti