Azərbaycana payız gəldi

 Azərbaycana payız gəldi
  22 Sentyabr 2020    Oxunub:5564
Azərbaycana payız fəsli qədəm qoyub.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Azvision.az-a bildirilib ki, sentyabrın 22-də yerli vaxtla saat 17:30-da gecə və gündüz bərabərliyi baş verib.

Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 21-də saat 14:02-də qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.

Azvision.az


Teqlər: Payız  





Xəbər lenti