Hospital və özəl tibb mərkəzinin rəhbərləri cərimələndi

 Hospital və özəl tibb mərkəzinin rəhbərləri cərimələndi
  22 Sentyabr 2020    Oxunub:3225
Prokurorluq orqanları tərəfindən cəmiyyətimiz üçün aktuallığı ilə seçilən problemlərin həllinə xüsusi diqqətin göstərilməsi, hüquqpozmaların qarşısının alınması və baş vermiş qanun pozuntularının araşdırılaraq müvafiq qanuni tədbirlərin görülməsi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi, insanların səhhətinin lazımi şəkildə qorunması və bu xidmətlərin göstərilməsi zamanı sağlamlıqlarına zərər vurulmasının qarşısının alınması prioritet məsələlərdən biridir.
Baş prokuror BƏƏ-nin daxili işlər naziri ilə görüşüb

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Nərimanov və Neftçala rayon prokurorluqları ilə birlikdə apardığı araşdırmalar nəticəsində paytaxtın Nərimanov rayonunda yerləşən “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının və Neftçala rayonunda yerləşən “ES studio” özəl tibb mərkəzinin qanunsuz fəaliyyəti nəticəsində vətəndaşların hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilib.

Aparılmış araşdırma nəticəsində həmin müəssisələr və onların vəzifəli şəxsləri barədə inzibati xəta haqqında icraatlar başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmə və səlahiyyətli qurumlara göndərilib, onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə” və “lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma” inzibati xətalarına görə məsuliyyətə cəlb olunaraq məhkəmənin müvafiq qərarları ilə inzibati qaydada cərimə ediliblər.

Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti