Naxçıvanda vergi orqanlarına imtahanlar keçirilir

Naxçıvanda vergi orqanlarına imtahanlar keçirilir
  22 Sentyabr 2020    Oxunub:3372
Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına imtahanlar keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanlarına start verilib. Test imtahanlarının keçirilməsində əsas məqsəd vergi orqanlarında kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsi, eləcə də istedadlı gənclərin vergi xidmətinə işə cəlb edilməsindən ibarətdir.

Müsabiqəyə çıxarılan 20 vakant vəzifənin tutulması üçün 184 namizəd sənəd təqdim edib. İmtahanda qanunvericilik və ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Test imtаhаnı nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən nаmizədlər növbəti müsahibə mərhələsinə buraxılacaqlar.

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

Test imtahanında namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunubdur.

İmtahanın nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 25 sentyabr 2020-ci il tarixədək davam edəcəkdir.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi   İmtahan  





Xəbər lenti