Bu gün 10 şagirddə koronavirus aşkarlanıb

 Bu gün 10 şagirddə koronavirus aşkarlanıb
  23 Sentyabr 2020    Oxunub:4970
Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı bu günə olan məlumatlar açıqlanıb.

Təhsil Nazirliyindən Azvision.az-a bildirilib ki, sentyabrın 22-də 36 şagirdin, 7 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub.
10 şagird, 7 nəfər işçi heyət koronavirusa yoluxub. İki sinif təhsilin distant formasına keçirilib və korononavirusa yoluxma hallarına görə distant təhsilə keçirilən siniflərin sayı 6-ya çatıb.



Azvision.az


Teqlər: Təhsil   Koronavirus  





Xəbər lenti