Gömrükdən gizlədilən siqaretlər aşkarlandı

Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
  23 Sentyabr 2020    Oxunub:1766
Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2 200 ədəd "Marlboro Edge" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti