Bakıda mağazadan 6 min manat oğurlandı

Bakıda mağazadan 6 min manat oğurlandı
  23 Sentyabr 2020    Oxunub:2022
Bakıda mağazalardan oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1000 manat və 3000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Mağaza   Oğurluq  





Xəbər lenti