Oğul qəza törətdi, anası öldü

Oğul qəza törətdi, anası öldü
  24 Sentyabr 2020    Oxunub:2124
İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 23-ü saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə A.Qədirlinin sərnişini olan anası - Əliyyə hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti