Üç nəfərdən qanunsuz silah götürülüb

Üç nəfərdən qanunsuz silah götürülüb
  26 Sentyabr 2020    Oxunub:1599
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan 2 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.


Azvision.az



Teqlər:





Xəbər lenti