Silsilə oğurluq edən şəxs saxlanılıb

  26 Sentyabr 2020    Oxunub : 1977
Silsilə oğurluq edən şəxs saxlanılıb
Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs ələ keçib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 2 ev, 1 mağaza, 1 kafe və 1 çay evindən pul, tütün məmulatı, danışıq kartları, məişət əşyaları və ərzaq məhsulları oğurlamaqda, həmçinin marketlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakini E.İsazadə saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq