Maşından 2 kq heroin tapıldı

  26 Sentyabr 2020    Oxunub : 1947
Maşından 2 kq heroin tapıldı
Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Muradova məxsus “KİA” markalı avtomobilə baxış zamanı oradan 511 qram, habelə sərnişini, Salyan rayon sakini E.Ağayevdən 1,554 qram heroin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN