Neftçalada ev, Kürdəmirdə maşın yanıb

  28 Sentyabr 2020    Oxunub : 1071
Neftçalada ev, Kürdəmirdə maşın yanıb
Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 48 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Kürdəmir rayonunun Qarabucaq kəndində isə “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın