Bakıda oğurlanan maşın Salyanda tapıldı

Bakıda oğurlanan maşın Salyanda tapıldı
  28 Sentyabr 2020    Oxunub:1568
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə sentyabrın 26-da saat 3 radələrində Biləcəri qəsəbəsi ərazisindən E.Allahverdizadəyə məxsus “VAZ-2121” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini P.Əliyev həmin gün Salyan rayon ərazisində avtomobillə birgə saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti