Axtarışda olan qadın oğurluq üstündə tutuldu

Axtarışda olan qadın oğurluq üstündə tutuldu
  28 Sentyabr 2020    Oxunub:1719
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də metronun “20 Yanvar” stansiyasının keçidində yerləşən mağazaların birində 2 satıcının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini R.Xubalıyeva saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onun Sumqayıt ŞPİ tərəfindən Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olması müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti