Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Əsgərov cari il iyulun 10-da “Volkswagen” markalı avtomobilini rayon ərazisindəki avtomobillərin təmiri sexində ustaya verdiyini və sentyabrın 25-də usta tərəfindən qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini N.Əsədov sentyabrın 27-də rayon ərazisində avtomobillə birgə saxlanılıb.