9 evdən oğurluq edənlər ələ keçdi

9 evdən oğurluq edənlər ələ keçdi
  30 Sentyabr 2020    Oxunub:2341
Oğurluq etdiyinə görə tutulan S.Mustafayevin və M.İsrafilovun ətraflarında Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların bir evdən oğurluğa cəhd, 5 evdən isə pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən elektrik naqilləri, su mühərrikləri, 3 avtomobildən isə pul, maqnitofon, səsgücləndirici və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini F.Kazımov saxlanılıb.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti