Gəncədə ağır qəza, ölən və yaralılar var

Gəncədə ağır qəza, ölən və yaralılar var
  30 Sentyabr 2020    Oxunub:1978
Sentyabrın 29-da saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini M.Cənnətovun idarə etdiyi “ZAZ Slavita” və Göygöl rayon sakini S.Misirovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə M.Cənnətovun sərnişinlərindən həmyerliləri Məqsəd Mirzəyev hadisə yerində ölmüş, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az



Teqlər: Qəza   DİN  





Xəbər lenti