Maşınla vurulan piyada xəstəxanada ölüb

Maşınla vurulan piyada xəstəxanada ölüb
  02 Oktyabr 2020    Oxunub:1344
Bakıda piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Həcər Allahverdiyeva vurulub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilmiş və orada ölüb. Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti